Balansın artırılması
Siz balansınızı istənilən plastik kart vasitəsi ilə artıra bilərsiniz.
Kart vasitəsilə olunan bütün ödənişlər onlayn qaydada həyata keçirilir və ödənilən vəsait dərhal sizin balansınıza yatırılır.
Balans artırarkən sizdən heç bir əlavə komissiya haqqı tutulmur.
Sizin bankınız tərəfindən əlavə komissiya haqqı tutula bilər.
Siz balansınızı istənilən ödəniş terminallarında (pay point) artıra bilərsiniz.
Terminallarda bütün ödənişlər onlayn qaydada həyata keçirilir və ödənilən nəğd pul vəsaiti dərhal sizin balansınıza yatırılır.
Balans artırarkən sizdən heç bir əlavə komissiya haqqı tutulmur.
Balansınızı Kassam Vauçer ilə artırabilərsiniz.
Kassam Vauçerini necə əldə etmək olar?
Kassam Vauçeri almaq üçün Kassam və ExpressPay terminallarından Ödəmə kartları menyusunu seçin. Kassam Vauçer düyməsini basın. Daha sonra, SMS kodu almaq üçün mobil telefon nömrəsini daxil edərək, 1 AZN-dən aşağı olmayan məbləği daxil edin və "Ödəmək" düyməsini basın.
Əməliyyat başa çatdıqdan sonra qəbzi götürməyi unutmayın. Mobil telefonunuza göndərilən SMS-də əldə edəcəyiniz kod həmçinin qəbzdə əks olunur. Qəbzi saxlayın, bu ödənişin sənədidir.