Kassam nədir?

Kassam nədir?

Kassam - milli ödəmə xidmətidir.

Kassam elektron pul kisəsini yaratmaqla Siz, seçdiyiniz odənişlərdən və pul köçürmələrindən faydalana bilərsiniz, bir çox xidmətlərin ödənişlərini birbaşa komputer, planşet və ya telefonunuz vasitəsi ilə edə bilərsiniz.

Xidmətlərin ödənişləri üçün - Kassam tamamilə etibarlıdır.

Suallar və Cavablar

Ən cox verilən suallar


1.   Sual:  Qeydiyyatdan necə keçmək olar?

   Cavab:  Bunun üçün saytın "Qeydiyyat"  bölməsindən istifadə etmək olar https://kassam.az/registration.

               Xanaları doldurduqdan sonra şərtlərlə taniş olub razılaşmaq lazımdır.    

               Bunun üçün sətirin qabağında olan" Mən qeyd edilən(Xidmət şərtləri) şərtlərlə razıyam"

               xanaya quş qoymaq lazımdı. "Kod almaq" düyməsini sıxdıkdan sonra qeyd etdiyiniz nömrəyə sms gələcək.


2.   Sual:  Öz səhifəmə necə daxil olmaq olar?

   Cavab:  Saytın əsas səhifəsində "Telefon nömrəsi:" xanasına qeydiyyatdan keçirilmiş nömrəni və  "Parol: " xanasına

               həmin nömrəyə sms vasitəsi ilə göndərilmiş parolu daxil edərək sayta giriş etmək    

               olar. Və ya əlavə olaraq giriş üçün bu səhifədən istifadə eləmək olar  https://kassam.az/login


3.   Sual:  Məxfi söz nə üçündür?

   Cavab:  İlk dəfə sayta daxil olan zaman məxfi sözün qeyd olunması tələb olunacaq.  Bunu xüsusilə unutmamaq lazımdır

                və ya etibarlı yerdə qeyd etmək lazımdır ki, parolun dəyişdirmək və profildə 

                dəyişiklik etmək istəyən zaman tələb olunacaq.


4.   Sual:  Parol yaddan çıxsa nə etmək olar?

   Cavab:  Bunun üçün əsas səhifədəki giriş sözünün altında olan "Parolu unudmusuz?"` sözünün üzərinə sıxmaq lazımdı

               və ya birbaşa bu linkdən istifadə edəbilərsiniz https://kassam.az/recovery.

               Acılan səhifədə tələb olunan xanaları doldurduqdan sonra sms vasitəsi ilə yeni parol sizin nömrənizə göndəriləcək.


5.   Sual:  Məxfi söz unudulubsa nə etmək lazımdı?

   Cavab:  Servis mərkəzinə müraciət etmək lazımdır.


6.   Sual:  Qeydiyyatsız ödəniş etmək olarmı?

   Cavab:  Bəli


7.   Sual:  Qeydiyyatlı ödənişin nə üstünlükləri var?

   Cavab:  1)  Ödənişlərin tarixçəsi yaranır, ödənişlərin çekləri sistemin yaddaşında qalır və istənilən zaman istifadə etmək imkanı var. 

               2)  Şablon ödəniş imkanları.  məsələn: elektrik sayğacının kodunu bir dəfə daxil edirsiniz və şablon olaraq sistemin

                    yaddaşında saxlayırsınız, lazım olan zaman da bu şablondan istifadə edərək ödəniş edirsiniz.

                    Sayğac kodunu təkrar daxil etməyə ehtiyac olmur.

               3)  Avtoödəniş imkanları. Tarix qoyaraq ödənişləri sizə lazım olan vaxtlarda həyata keçirə bilərsiniz.